Baş xəbərSiyasət

“Türk diasporası” televiziya proqramında Qarabağ münaqişəsinin nəticələri təhlil edildi

Bugun.tv xəbər verir ki, Jurnalist Nuh Mehmet DENİZ bəyin aparıcılığı ilə Avrasiya Türk Dərnəkləri Federasiyasının rəhbəri İsmail CENGİZ və Qafqaz Tarixi Mərkəzi-Türkiyə rəhbəri e.o. polkovnik Akif QASIMOVUN qonaq olduğu “Türk diasporası” televiziya proqramında Ukraynadan Qazzaya, Kırımdan Uygur Bölgəsinə, Qarabağ münaqişəsinin nəticələri və Zəngəzur koridorundan Türküstan coğrafyasına, Türkün yaşadığı bölgələrlə əlaqədar olaraq 75 dəqiqəlik bir vaxt ərzində təhlil edilib.

Proqramda Qafqaz Tarixi Mərkəzinin-Türkiyə rəhbəri Akif QASIMOV MDB ölkələri ərazisində “Rus minaları”, Ermənistan-Azərbaycan sülh prosesi fonunda Qafqazda, Qazzada və Ukraynada baş verən hadisələrin inkişafı haqqında hərbi siyasi qiymətləndirmələr edib. Eyni zamanda, Türk Dövlətləri Diaspor Təşkilatların rəhbərlərinin birgə iclasında toxunalan mövzular barədə ətraflı məlumat verilib.
Daha sonra, Hollandiya parlament seçkilərində türkün Hollandiya baş naziri olması ehtimalı, keçən ilin 24 noyabr tarixində Urumçi şəhərində baş verən faciəli yanğın hadisəsində həyatlarını itirmiş 44 nəfərin yad edilməsi, Ülkü Ocakları Türk Dünyası mükafatı müsabiqəsinin nəticələri barədə məlumatlar verilib.

Qafqazdakı enerji mənbələrinin və Zəngəzur koridoru ilə İran yolunun açılmasından ABŞ-ın narahat olmasını, bununla bağlı Fransa və ABŞ tərəfindən Ermənistan və Gürcüstanı Rusiya qarşı təhrik edildiyini qeyd edən Akif QASIMOV çıxışın sonunda “Türkiyə və Azərbaycanın “Bir millət iki dövlət ruhu” ilə birlikdə hərəkət etməsinin nəticəsi olaraq Qarabağın tamamilə işğaldan azad olunması Qafqazda yeni reallıq yaratmışdır. Çünkü Qarabağ Qafqazın qəlbidir” dedi.

Bugün TV

Oxşar xəbərlər

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu