İdman

“Qalatasaray” Danimarkada 12,4 milyon avroya oynayacaq

Mauro İkardi Qalatasaraya qayıdır

Bugun.tv xəbər verir ki, UEFA Çempionlar Liqasında qrupdan çıxmaq şansını son həftəyə daşıyan “Qalatasaray”ın dekabrın 12-də “Kopenhagen”lə matçının qiyməti 12,4 milyon avrodur.

Sarı-qırmızılı komanda adını növbəti mərhələyə yüksəltmək üçün rəqibi ilə səfər matçında qalib gəlməlidir.

Cim-bom bu kritik matçda 3 xal qazansa, ilk olaraq 2,8 milyon avroluq qələbə bonusunu alacaq. Qalatasaray da bu qələbə ilə son 16 tura viza alacağı üçün seyfinə 9,6 milyon avro qoyacaq.

“Qalatasaray”ın məğlub olacağı təqdirdə 12,4 milyon avro Danimarka təmsilçisinə gedəcək. Qarşılaşma heç-heçə bitərsə, sarı-qırmızılılar 0,93 milyon avro ilə kifayətlənəcək.

Kopenhagen qələbəsi Qalatasarayın qazancını 43,6 milyon avroya yüksəldəcək.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

ABŞ İran millisinin Dünya Kuboku ilə bağlı məhdudiyyətlərini yumşaltdı

Aynur Camal

Messi, Mbappe, yoxsa Haaland? Dünya Çempionatının bombardiri uğrunda yarış qızışır

Aynur Camal

Messi Dünya Kuboku tarixinin ən çox qol vuran futbolçusu olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu