7 C
Baku
29 Yanvar 2026, 1:01
Baş xəbərDünya

Berlində və Brüsseldə antisemitizmə qarşı mitinq təşkil edildi

Dekabrın 10-da Almaniyanın paytaxtı Berlində bir neçə min insan antisemitizm, nifrət və irqçiliyə qarşı etiraz aksiyası keçirib.

Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, yürüş-mitinq HƏMAS-la İsrail arasında qarşıdurmanın başlamasından sonra antisemitizm hadisələrinin artması fonunda keçirilib. Oktyabrın 7-dən – qarşıdurma başlayandan bəri Almaniyada yəhudi xalqına qarşı cinayətlərdə 3 dəfə artım qeydə alınıb.

Polis bazar günü Berlində keçirilən etiraz aksiyasında 3000-dən çox insanın iştirak etdiyini bildirib.

Etirazda əmək naziri Hubertus Heil və Bundestaqın sədri Barbel Bas da iştirak edib.

Belçikanın paytaxtı Brüsseldə də ölkənin yəhudi icmasına dəstək məqsədilə analoji etiraz aksiyası keçirilib.

Brüssel mitinqində iştirak edənlər Belçika bayraqlarını dalğalandırıb və “Antisemitizmə qarşı yürüş etmək üçün yəhudi olmaq lazım deyil”, “Antisemitizm öldürür” və digər şüarlar yazılmış lövhələr qaldırıblar.

Belçika Antisemitizmlə Mübarizə Liqasının prezidenti Joel Rubinfeld bildirib ki, ölkədə son iki ayda yəhudilərə qarşı nifrət böyük ölçüdə artıb.

O əlavə edib ki, mitinq Belçika yəhudi icmasına tək olmadıqlarını bildirmək üçün bir mesaj göndərir.

Bugün TV

Oxşar xəbərlər

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Dünya liderləri NATO-nun gələcəyini müzakirə edir

Aynur Camal

Rusiyanın hava hücumları davam edir, dinc sakinlər həlak olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu