Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Azərbaycanın xarici borcu ÜDM-in 5,6 faizini təşkil edir

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Azərbaycanın xarici borcunun Ümumi Daxili Məhsulda (ÜDM) payı və ölkənin valyuta ehtiyatları ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycanın xarici borcunun ÜDM-dəki payının 5,6 faiz olduğunu və ölkənin valyuta ehtiyatlarının xarici borcu 20 dəfə üstələdiyini qeyd edib.

Vüqar Bayramovun sözlərinə görə, xarici borcun ÜDM-dəki payına görə Azərbaycan dünyada ilk onluqda yer alır. O, paylaşımında bir sıra MDB ölkələri və Türkiyə ilə müqayisələrə də yer verib.

Deputatın təqdim etdiyi rəqəmlərə əsasən, xarici borcun ÜDM-dəki payı Rusiyada 11 faiz, Tacikistanda 32 faiz, Belarusda 37 faiz, Özbəkistanda 49 faiz, Qazaxıstanda 50 faiz, Qırğızıstanda 51 faiz, Moldovada isə 55 faiz təşkil edir. Türkiyə üzrə bu göstərici 35 faizdir.

Vüqar Bayramov qeyd edib ki, xarici borcun ÜDM-dəki payının aşağı səviyyədə saxlanılması Azərbaycanın müstəqil iqtisadi siyasətinin həyata keçirilməsi və maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Aynur Camal

Oxşar xəbərlər

Bakı Uşaq və Gənclər Teatrı Xankəndində-müharibənin 6-cı ildönümü qeyd olunub – FOTO

Aynur Camal

Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb

Aynur Camal

Prezident İlham Əliyev: “Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu