Baş xəbərSosial

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi Bakı Dövlət Universitetində layihə gerçəkləşdirib

Bugun.tv xəbər verir ki, “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbə və müəllim heyətinə orjinal layihə təqdim edib.

Bu barədə QHT-nin təsisçisi Təranə Tağıyeva məlumat verib. Onun sözlərinə görə, layihənin orijinallığı ondan ibarətdir ki, bir smesrt ərzində tələbələr öyrəndiklərini əyani şəkildə – diplomat, konsul, Xarici işlər Nazirliyinin sözçüsü rolunda təqdim etməklə bu işin öhdəsindən peşəkarcasına gədiyini göstərməlidirlər.

“Onların bu performansı jüridə təmsil olunan müəllim və tələbələr tərəfindən dəyərləndirilir. Mövzular üzrə qaliblərə diplomlar və hədiyyələr verilir”, – deyə T.Tağıyeva bildirib.

Qeyd edək ki, müsabiqənin layihə rəhbəri həm də Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin müəllimidir. O, belə layihələrin gənc tələbələrin peşəkar kimi yetişməsinə və onlarda özünəinamın artmasında əvəzsiz rol oynadığını vurğulayıb.

“Gənclərimiz, ələxsus da təhsilli gənclərimizin özləri elə bizim dövlətimizin nurlu sabahıdır. Belə layihələrə dəstək olan ictimai birliklər, təşkilatlarsa həmişə dövlətin yanında olmalı və onun siyasətini dəstəkləməlidirlər”, – “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin həmtəsisçisi vurğulayıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

Nizami Kino Mərkəzində 500 nəfərlik “Mikrosahibkarların Forumu” keçiriləcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu