Baş xəbərDünya

Humanitar yardım daşıyan 40 avtomobil Rəfah keçid məntəqəsindən Qəzzaya göndərildi

Qəzza bölgəsinin sakinləri üçün humanitar yardım daşıyan 40 yük maşını Sinay yarımadasının şimalında yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə anklav ərazisinə göndərilib.

Bugun.tv xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, dizel yanacağı ilə yüklənmiş 6 tanker də Qəzza sərhədini keçib. Bundan başqa, Fələstin ərazisində qalan ikili vətəndaşlığı olan 250 nəfər Misir ərazisinə təxliyə edilib.

Bundan əvvəl, BMT Təhlükəsizlik Şurası ərəb ölkələri tərəfindən hazırlanmış və Qəzza zolağına humanitar yardım daşınmasını asanlaşdırmaq məqsədi daşıyan qətnamə layihəsini qəbul edib. Qətnamənin lehinə 13 ölkə səs verib, Rusiya və ABŞ bitərəf qalıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Balıq tutulsun deyə dağ göllərinə milyonlarla balıq buraxıldı, ekosistem böhranı yarandı

Aynur Camal

Makron BMT-də Qəzzadakı vəziyyəti tənqid etdi: “Hamımız üçün utancvericidir”

Aynur Camal

Avropa kəşfiyyatından Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu