Baş xəbərDünya

Argentina Prezidenti maaşının hamısını bacısına verdiyini etiraf etdi

Argentina Prezidenti Xavyer Miley maaşının hamısını bacısı Karinaya verdiyi üçün nə qədər aylıq məvacib aldığını bilmədiyini deyib.

Bugun.tv xəbər verir ki, siyasətçi bu barədə yerli “Canal 13” telekanalının efirində danışıb.

“Bilmirəm. Mən heç vaxt maaşımın miqdarına baxmamışam, pulumu (xərclənməsini-red) bacım idarə edir”, – Miley deyib.

Miley Prezident olmazdan əvvəl deputat idi və maaşını xüsusi portalda hamı arasında oyuna sərf edirdi. O, indi bunu etmir, çünki eyni vaxtda mühazirə oxumaqla artıq pul qazana bilmir.

Karina Miley Argentinanın yeni Prezidentinin sağ əli adlanır. O, inauqurasiya günü, dekabrın 10-da qardaşını müşayiət edib. Həmin gün Xavyer Miley qohumlarının dövlət vəzifələrinə təyinatını qadağan edən qaydanı dəyişdirərək bacısını Prezident Dəftərxanasının baş katibi təyin edib.

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu