Baş xəbərDünya

Qətər əmiri ilə ABŞ prezidenti Qəzza zolağındakı vəziyyəti müzakirə etdilər

ABŞ Prezidenti Co Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə zəng edərək Qəzza zolağındakı vəziyyəti və Fələstin-İsrail münaqişəsinin həlli səylərini müzakirə edib.

Bugun.tv xəbər verir ki, bu barədə Qətərin QNA xəbər agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı, tərəflər Fələstin anklavında daimi atəşkəsə nail olmaq üçün birgə vasitəçilik səylərini müzakirə ediblər. Bundan əlavə, Qətər əmiri və ABŞ prezidenti ikitərəfli münasibətlərə dair məsələlər, həmçinin regional və beynəlxalq gündəliyin bəzi aspektləri barədə fikir mübadiləsi aparıblar.

Bugün TV

Oxşar xəbərlər

Dörd gün ərzində 22 sərnişin reysi bomba hədəsi ilə üzləşdi

Aynur Camal

Dərsləri daha səmərəli öyrənmək üçün 10 faydalı üsul

Aynur Camal

Evləri ayda 1 avroya kirayə verirlər – əvəzində biliklərini bölüşməyi istəyirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu