Baş xəbərDünya

Gecə yuxusu almayan insanlarda damar tıxanma riski iki dəfə çoxdur

Gecələr yatmayan insanlarda damar tıxanma riski iki dəfə çoxdur.

Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı tədqiqat aparılıb.

Tədqiqata görə, gecə yuxusu almayan insanlarda damar tıxanması riski erkən oyananlara nisbətən iki dəfə çox olur. Araşdırma çərçivəsində yaşları 50-64 arasında olan 771 nəfərin məlumatları təhlil edilib. Damarlarında sərtləşmə və tıxanmadan əziyyət çəkən bu insanların 41 faizi gecə yatmayan insanlar, 22 faizi isə erkən qalxanlardır.

Qan damarlarında yağ yığılması nəticəsində yaranan sərtləşmiş arteriyalar, yüksək təzyiq və xolesterolu olan yaşlı insanlarda daha çox rast gəlinir, infarkt və insult riskini artırır. Gecə yatmamaq yuxu rejiminin pozulmasına səbəb olur. Gecə saatının bu uyğunsuzluğu yüksək qan təzyiqi və iltihabla əlaqələndirilir.

Bugün TV

Oxşar xəbərlər

İsrail ABŞ-İran razılaşmasını tənqid edib

Aynur Camal

“İsrail və İran daxilindəki qüvvələr ABŞ-İran razılaşmasına qarşı çıxır”

Aynur Camal

Ceyhun Məmmədov Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu