6 C
Baku
8 Fevral 2026, 23:49
Baş xəbərDünya

Bidzina İvanişvili Baş nazir postuna namizəd olmayacağını bildirdi

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili jurnalistlərə müsahibəsində fəal siyasətə qayıtdığını bir daha bəyan edib.

Bugun.tv xəbər verir ki, B.İvanişvili jurnalistlərə ilk müsahibəsində bəzi məsələlərə də aydınlıq gətirib.

Partiyanın fəxri sədri bildirib ki, onun siyasətə qayıdışı ilə əlaqədar Gürcüstan hökumətinin tərkibində və partiya daxilində dəyişiklik olmayacaq.

B.İvanişvili deyib: “Mən Baş nazir vəzifəsi üçün namizəd olmayacağam. Baş nazir dəyişməyəcək. Nazirlər də öz postlarında qalacaqlar”.

Onun sözlərinə görə, “Gürcü arzusu” bu gün 60 faizə qədər real reytinqə malikdir və partiya 2024-cü il seçkilərində qalib gələcək.

“Gürcü arzusu” 2024-cü il seçkilərində mütləq qalib gələcək. Biz 2012-ci ildən bəri izlədiyimiz xətti gedəcəyik, ölkəmizi 2030-cu ilədək Avropa İttifaqına üzv edəcəyik, insan haqlarını mümkün qədər yaxşılaşdıracağıq”, – deyə İvanişvili vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu