Dünya

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Bugun.tv xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkevidə keçirilib. Görüş mətbuata qapalı olub.

Qeyd olunur ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da görüşdə iştirak edib.

Görüş zamanı Türkiyə-Ermənistan münasibətləri, regional və qlobal məsələlərin müzakirə edildiyi bildirilib. Ərdoğan iki ölkə arasında ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiklərini və əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacib olduğunu deyib.

Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını müsbət qiymətləndirdiyini bildirib. O, həmçinin Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Elektrik enerjisinin dünya üzrə istifadəsinin artırılması təklif olundu – COP31

Aynur Camal

İranda böyük qaz yatağındakı platformada yanğın baş verib, 17 işçi xilas edilib

Aynur Camal

Antalya COP31 sammitində dünya liderləri iqlim məsələlərini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu