Baş xəbərDünya

Polşanın hava məkanını pozan raketin qalıqlarının axtarışına 480 hərbçi cəlb olunacaq

Dekabrın 29-da Polşanın hava məkanına daxil olan raketin qalıqlarının axtarışına 500-ə yaxın hərbçi cəlb olunacaq.

Bugun.tv xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı məlumat yayıb.

“Lyüblin voyevodasında Polşanın hava məkanına daxil olan raketin qalıqlarının axtarışı aparılacaq. Axtarışda 480 hərbçi iştirak edəcək”, – deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bir gün əvvəl əməliyyat komandanlığı Polşanın hava sərhədlərinin naməlum obyekt tərəfindən pozulduğu barədə məlumat yayıb. Onun qalıqlarının axtarışı heç bir nəticə verməyib. Daha sonra Polşa Prezidenti Anjey Duda Müdafiə Nazirliyinin rəhbərliyi ilə təcili iclas keçirib. Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Veslav Kukula ölkənin hava məkanının Rusiyaya məxsus raket tərəfindən pozulduğunu iddia edib.

Bugün TV

Oxşar xəbərlər

Balıq tutulsun deyə dağ göllərinə milyonlarla balıq buraxıldı, ekosistem böhranı yarandı

Aynur Camal

Makron BMT-də Qəzzadakı vəziyyəti tənqid etdi: “Hamımız üçün utancvericidir”

Aynur Camal

Avropa kəşfiyyatından Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu