Baş xəbərDünya

Yaponiyada hava limanındakı qəzadan sonra 150-dən çox reys təxirə salındı

Yaponiya Hava Yollarına (JAL) məxsus sərnişin təyyarəsinin Tokioda hava limanında hərbi təyyarə ilə toqquşması nəticəsində 155 uçuş təxirə salınıb.

Bugun.tv xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, 154 daxili və 1 beynəlxalq uçuşun ləğvi təxminən 20 min sərnişinə təsir edib.

Ləğv edilən reyslərin yerinə əlavə qatar səfərlərinin həyata keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsinin Tokionun Haneda hava limanına enərkən toqquşduğu Yaponiya Sahil Mühafizəsi DHC-8 hərbi-nəqliyyat təyyarəsinin altı ekipaj üzvündən beşi həlak olub.

Aynur Camal

Oxşar xəbərlər

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Aynur Camal

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Aynur Camal

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu