Baş xəbərDünya

Çin lideri İrana başsağlığı verdi

Çin Prezidenti Si Cinpin İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Bugun.tv xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

“Kirmanda partlayış xəbəri məni şoka saldı. Çin hökuməti və xalqı adından bu hadisənin qurbanlarının ailəsinə başsağlığı verirəm. Çin terrorizmin bütün növlərinə qarşıdır və İranın milli təhlükəsizliyini, sabitliyini qorumaq səylərini qətiyyətlə dəstəkləyir”, – deyə Prezident vurğulayıb.

Qeyd edək ki, İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.

Bugün TV

Oxşar xəbərlər

Payız geyimlərini daha bahalı göstərən 3 faktura

Aynur Camal

Əlcəzairdə qanunsuz silah dövriyyəsi ilə terrorizm arasındakı əlaqə müzakirə edildi

Aynur Camal

SUNLAB 10 illik peşəkarlıq və etimad yolunu qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu