Baş xəbərDünya

Yaponiyada zəlzələdən sonra nüvə stansiyasında suyun səviyyəsi qalxdı

Yaponiyanın “Hokuriku” elektrik şirkəti zəlzələdən sonra bölgədə olan nüvə stansiyasında suyun səviyyəsinin normadan 3 metr yuxarı olduğunu qeydə alıb.

Bugun.tv xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Bundan başqa, stansiyanı xarici enerji ilə təmin edən konvertorların borularının zədələnməsi səbəbindən neft sızması qeydə alınıb. Zərərlərin aradan qaldırılması istiqamətində işlər görülür.

Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib. Ümumilikdə, iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub. Yaponiya Meteorologiya Agentliyi zəlzələnin 1885-ci ildən bəri Noto bölgəsində baş verən ən güclü yeraltı təkan olduğunu bildirib.

Zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb, itkin düşmüş 80-dən çox şəxsin axtarışı davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

ABŞ-da süni intellekt müəllim robotunun istifadəsi etirazlardan sonra dayandırıldı

Aynur Camal

Həyat yoldaşının zirzəmi arzusu 23 ildə möhtəşəm yeraltı şəhərə çevrildi

Aynur Camal

CNN: Çində gənclər artıq loqolu brendlər deyil, “mənəvi lüks” axtarırlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu