31 C
Baku
24 Sentyabr 2026, 14:02
Baş xəbərDünya

Yeni idman avtomobilinin xüsusiyyətləri açıqlandı

Bugun.tv xəbər verir ki, yeni super idman avtomobili YangWang U9-un xüsusiyyətləri açıqlanıb. Son zamanlar Avropa planlarını sürətləndirən və satışlara başlayan Çinli avtomobil istehsalçısı BYD indi YangWang U9 adlı superkar üzərində işləyir. Avtomobildə hər birinin gücü 322 at qüvvəsi olan 4 elektrik mühərriki var. Bu 4 mühərriki 1287 at gücü hasil edə bilər. 2475 kq ağırlığında olan avtomobil Rimac Nevera-dan 175 kq ağırdır.Şirkətin açıqlamasına görə, avtomobil 0-dan 100 km/saat sürəti 2 saniyəyə yığa bilir. Avtomobilin son sürəti 300 km/saat olaraq açıqlanıb. Avtomobil CLTC ölçmələrinə görə bir dəfə doldurulmaqla 700 km yol qət edə bilir.Disus-X adlanan asma sistemi ilə avtomobil şaquli, yana və uzununa hərəkət edir,   tullanır, rəqs edə və 3 təkər üzərində dayana bilər. YangWang U9 güclü mühərriklərinə, böyük akkumulyatoruna və təkmil asma sisteminə baxmayaraq 140 min dollara satılacaq.

Bugün TV

Oxşar xəbərlər

Türkiyə Bəşiqə hərbi bazasını mərhələli şəkildə İraqa təhvil verəcək

Aynur Camal

İsraildə su təchizatına təhlükə: beş duzsuzlaşdırma qurğusu dayandırıldı

Aynur Camal

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu