Bugun.tv xəbər verir ki, Türkiyə və İraq Bəşiqə-Zilkan hərbi bazasının mərhələli şəkildə İraq hökumətinə təhvil verilməsi barədə razılığa gəlib.
Al Jazeera-nın məlumatına görə, razılaşma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın Baş naziri Əli əl-Zeydinin sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirdiyi görüşdən sonra açıqlanıb.
Birgə bəyanatda bildirilib ki, İraqın təhlükəsizlik sahəsində həyata keçirdiyi tədbirlərdə əldə olunan irəliləyiş fonunda Türkiyə hərbçiləri Bəşiqə-Zilkan bazasını razılaşdırılmış mexanizm və qrafik əsasında mərhələli şəkildə İraqın federal hökumətinə təhvil verəcək. Təhvilin dəqiq müddəti hələ açıqlanmayıb.
Bəşiqə bazası Mosul yaxınlığında yerləşir. Türkiyə burada hərbi mövcudluğunu 2015-ci ildə yaradıb. Ankara həmin vaxt qüvvələrin İŞİD-lə mübarizə aparan yerli qüvvələrin hazırlanması və dəstəklənməsi məqsədilə yerləşdirildiyini bildirirdi.
Tərəflər, həmçinin İraqın Sinjarda dövlət hakimiyyətinin tam bərpası və qanunsuz silahlı xarici qrupların bölgədəki mövcudluğunun sona çatdırılması istiqamətində təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi barədə razılaşıblar.
Mənbə: Aljazeera.Com
