Baş xəbərTexnologiya

“Volkswagen” yeni modellərində süni intellekt proqramı tətbiq edir

Almaniyanın “Volkswagen” konserni istehsal etdiyi yeni avtomobillərdə “ChatGPT” süni intellekt proqramını tətbiq edir.

Bugun.tv “Bloomberg” telekanalına istinadla xəbər verir ki, alman şirkəti İstehlakçı Elektronikası Sərgisində (CES) yeni IDA səsli assistenti ilə təchiz edilmiş “Tiguan”, “Passat”, “Golf” avtomobillərində süni intellekt dəstəyi olan çat robotu tətbiq etdiyini bəyan edib. “Volkswagen”in sözçüsü bildirib ki, 2024-cü ilin ikinci yarısından etibarən bütün yeni modellər bu tətbiqlə buraxılacaq. “ChatGPT”, həmçinin şirkətin ID markalı dörd elektromobilində də quraşdırılacaq.

Almaniyanın digər avtomobil nəhəngi – “Mercedes” də IDA səsli naviqasiya nəzarəti sistemindən və süni intellekt tətbiqindən istifadə edəcək. Sonuncunu alman şirkətlərinə “Cerence” süni intellekt proqramları kompaniyası təqdim edir.

Hazırda “Volkswagen” seni intellekt tətbiqini ən çox təqdim edən şirkətdir. Alman konserni bildirib ki, “ChatGPT” sayəsində sürücülər bir çox məsələlər barədə suallar verəcək və cavablar ala biləcəklər.

Bugün TV

Oxşar xəbərlər

ABŞ–İsrail–İran müharibəsində qalib tərəf yoxdur – siyasi ekspert

Aynur Camal

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Aynur Camal

Avstraliya AI ilə bağlı axtarış sistemləri və tətbiq mağazalarını sərtləşdirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu