12 C
Baku
14 Mart 2026, 16:38
Siyasət

Rusiya: ABŞ Asiya Sakit Okean regionunda NATO infrastrukturunu gücləndirməyə çalışır

Bugün.tv xəbər verir ki, Lavrov Moskvaya səfər edən Şimali Koreyanın xarici işlər naziri Ço Son-hui ilə görüşüb.

Lavrov Koreya yarımadasında. Ümumilikdə Şimal-Şərqi Asiyadakı problemlərin hərtərəfli və ədalətli həllinin tərəfdarı olduqlarını vurğulayıb.

Lavrov, “ABŞ və ABŞ-ı izləyən ölkələrin regionda Şimali Koreyanın təhlükəsizliyinə təhdid yaratmaq siyasəti müsbət irəliləyişin qarşısını alır. Biz onları gərginliyin artmasına səbəb olan istənilən addımdan əl çəkməyə çağırırıq. biz bunu davam etdirəcəyik”. deyib.

Asiya-Sakit Okean bölgəsindəki vəziyyəti Lavrov “ABŞ və müttəfiqləri NATO-nun bu bölgədəki infrastrukturunu gücləndirməyə çalışırlar” deyərək bildirib .

Şimali Koreyanın Rusiyanı dəstəklədiyinə diqqət çəkən Lavrov beynəlxalq platformalarda Şimali Koreya ilə koordinasiyalı hərəkət etdiklərini deyib.

Ço da Rusiya ilə əlaqələrin Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putinin xüsusi marağı sayəsində inkişaf etdiyini, Bu il yeni səviyyəyə çatacaqlarına ümid etdiklərini bildirib.

Mənbə: aa

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

İran müharibəsi fonunda neftin qiyməti 110 dolları keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu