Dünya

Yanvarın 3-də İranın Kirman əyalətində törədilən terror aktlarında ölənlərin sayı 95-ə yüksəldi

Bugun.tv xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, Kerman Təcili Yardım Mərkəzinin sözçüsü Məhəmməd Saberi Kerman və Tehran xəstəxanalarında 10 nəfərin müalicəsinin davam etdiyini bildirib.

Hücum zamanı yaralanan və xəstəxanada müalicə olunan 11 yaşlı Nazənin Açekzehi adlı qızın bu gün həyatını itirib. Saberi hücumda ölənlərin sayının 95-ə yüksəldiyini bildirib.

Yanvarın 3-də İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandiri Süleymaninin öldürülməsinin anım mərasiminin keçirildiyi Kirmandakı qəbiristanlığa gedən yolda iki partlayış olub. Partlayışların kamikadze hücumları nəticəsində baş verdiyi bilinib.

Hücumlarda aralarında qadın və uşaqların da olduğu 94 nəfərin həyatını itirib. 284 nəfərin yaralandığı bir müddət əvvəl açıqlanıb.

Hücumlara görə məsuliyyəti DEAŞ terror təşkilatı üzərinə götürüb.

Hadisədən sonra başladılan əməliyyatlarda 6 əyalətdə 35 nəfərin nəzarətə alınıb. Kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğu müəyyən edilib.

Mənbə: trthaber

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

İran ABŞ və İsrailə mesaj verdi: “Müharibəni siz başladınız, biz bitirəcəyik”

Aynur Camal

Tramp: Tehranın bəzi infrastruktur obyektlərini qəsdən hədəfə almadıq

Aynur Camal

Fransa nüvə arsenalını artırmağı planlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu