İdman

Volkanovski UFC titulunu itirdi

Bugun.tv xəbər verir ki, Qarışıq üslubda (MMA) avstraliyalı döyüşçü Aleksandr Volkanovski UFC 298 turnirinin əsas döyüşündə gürcü əsilli ispan İliya Topuriyaya uduzub. Bu barədə Lenta.ru-nun müxbiri xəbər verir.

Görüş ikinci raundda nokautla başa çatıb. Volkanovski Ultimate Fighting Championship (UFC) lələk çəkisi titulunu Topuriyaya uduzdu.

35 yaşlı Volkanovskinin hesabında indi 26 qələbə və 4 məğlubiyyət var. 2023-cü ilin oktyabrında keçirdiyi əvvəlki döyüşdə o, rusiyalı İslam Mahaçev tərəfindən nokaut edilmişdi. Döyüş yüngül çəkidə baş tutub.

27 yaşlı Topuriya ilk dəfə

UFC kəmərini qazanıb. Ümumilikdə onun yeddisi UFC-də olmaqla 15 peşəkar döyüşdə 15 qələbəsi var.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Saatlılı taekvondoçu ölkə birinciliyində qızıl nəticə göstərdi

Aynur Camal

Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!

Aynur Camal

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu