Texnologiya

Çin Ayın resurslarından istifadə haqqında danışdı

Bugun.tv xəbər verir ki, Çin Ayın resurslarından istifadə ilə bağlı mövqeyini açıqlayıb. Çinin BMT-dəki nümayəndə heyətinin bəyanatına görə, Ay resurslarından istifadə 1967-ci ildə bağlanmış Kosmos Müqaviləsi çərçivəsində olmalıdır. Bu barədə SpaceNews yazıb.

Çin tərəfinin mövqeyi BMT-nin Kosmosdan Dinc Məqsədlə İstifadə üzrə Komitəsinin Hüquq Alt Komitəsinin Kosmik Ehtiyatlar Sahəsində Fəaliyyətin Hüquqi Aspektləri üzrə İşçi Qrupuna təqdim edilmiş sənəddə əksini tapıb.

Kosmik hüquq üzrə ekspert Kristofer Conson deyib: “Çinin kosmik resurslarla bağlı beynəlxalq müzakirələrdə iştirakı müsbət haldır”.

Keçən ilin dekabrında nəşr Nümayəndələr Palatasının Ayın resurslarının ABŞ-ın gələcəyi üçün əhəmiyyətini tanıdığını bildirib. Müzakirələrdə iştirak edən ekspertlərin fikrincə, ABŞ kosmik resursların çıxarılmasında Çindən geri qalmaq riski daşıyır.

Mənbə lenta.ru

Kəmalə Sultan

Oxşar xəbərlər

Google Xəritələrə Gemini süni intellekt dəstəyi gəlir

Aynur Camal

Samsung istifadəçilərinə müjdə: məşhur model üçün One UI 8.5 yayımlandı

Aynur Camal

Süni intellekt “bilmirəm” deməyi öyrənir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu