DünyaTexnologiya

“Süni intellektli eynəkləri almayın!”- deyə tövsiyə edildi

Niderlandın Məlumatların Mühafizəsi İdarəsi süni intellektlə işləyən kameralı eynəklərin təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıq edib. Qurum istehlakçılara bu cihazları almamağı tövsiyə edərək onların həm istifadəçilər, həm də ətrafdakı insanlar üçün risk yarada biləcəyini bildirib.

Bugun.tv xəbər verir ki, bu barədə Anadolu Agentliyi və “Reuters” məlumat yayıb.

Qurum Niderland bazarında satışda olan altı model ağıllı eynəyi araşdırıb. Sınaqlar zamanı cihazların tibbi təlimatları yanlış oxuduğu, təhlükəli hava şəraiti ilə bağlı səhv məlumat verdiyi və hətta yetkin şəxslərə azyaşlılarla münasibət qurmaq barədə yolverilməz məsləhətlər təqdim etdiyi müəyyənləşdirilib.

Ən narahatedici hallardan biri süni tibbi yardım sınağı zamanı qeydə alınıb. Eynəklərdən biri təcili yardım çağırılmadığı halda istifadəçiyə təcili tibbi yardım maşınının yolda olduğunu bildirib.

Gizli çəkiliş və məlumat təhlükəsizliyi riski

Araşdırmada bəzi cihazların sahibinin xəbəri olmadan çəkiliş aparmaq, eləcə də kənar şəxslərin icazəsiz şəkildə eynəklərə qoşularaq görüntülərə çıxış əldə etməsi və kameranı idarə etməsi kimi təhlükəsizlik boşluqları da aşkarlanıb.

Qeyd edək ki, qurum konkret istehsalçıların və modellərin adlarını açıqlamayıb. Onun tövsiyəsi məhsulların satışına ümumi qadağa demək deyil. Bununla belə, araşdırmanın nəticələri süni intellektli geyilə bilən texnologiyaların təhlükəsizliyi ilə bağlı müzakirələri gücləndirib.

Mənbə: Anadolu Agentliyi 

Aynur Camal

Oxşar xəbərlər

JPMorgan, Visa və Mastercard müştərilərinin məlumatları kiberhücum zamanı ələ keçirilib

Aynur Camal

Trampın Çin səfərindən qayıdan jurnalistlərin telefonları xüsusi qoruyucu paketlərə qoyulub

Aynur Camal

Apple istifadəçilərin əvəzinə tapşırıqları yerinə yetirən süni intellekt agenti hazırlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu