Baş xəbərDünya

Qəzzada can itkisi 32 min 414-ə yüksəldi

Bugun.tv xəbər verir ki, İsrail ordusunun xalqı ac-susuz qoyaraq humanitar fəlakətə səbəb olduğu, yardımların onlara çatmasına mane olduğu Qəzza zolağına hücumlarda həyatını itirən fələstinlilərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 32 min 414-ə yüksəlib. İsrail qüvvələrinin Qəzza zolağına qarşı son 24 saatda təşkil etdiyi hücumlarda daha 81 fələstinlinin həyatını itirdiyi, 93 fələstinlinin isə yaralandığı bildirilib. Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Balıq tutulsun deyə dağ göllərinə milyonlarla balıq buraxıldı, ekosistem böhranı yarandı

Aynur Camal

Makron BMT-də Qəzzadakı vəziyyəti tənqid etdi: “Hamımız üçün utancvericidir”

Aynur Camal

Avropa kəşfiyyatından Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu