Texnologiya

Jaguarın bu modellərinin istehsalı dayandırılır

Bugun.tv xəbər verir ki, Jaguar  SUV və GT versiyalarının istehsalına başlayır. Bu avtomobillər asfaltla yanaşı, müxtəlif relyef şəraitində sürülə biləcək. O böyük salon və baqaj həcmi ilə çoxuşaqlı ailələr üçün nəzərdə tutulub.

Brend köhnə avtomobillərin istehsalını ilin sonuna qədər dayandıracaq. Bu modellər arasında XE və XF sedanları və idman üslublu F-Type və F-Pace SUV olacaq. Bu versiyaların istehsalı ən geci iyun ayında başa çatacaq. Şirkət digər SUV modelləri – E-Pace və I-Pace ilə isə bu ilin sonunda vidalaşacaq.

Jaguar-ın yeni erası 2025-ci ildə başlayacaq və sonrakı illərdə üç yeni model satışa çıxarılacq.

İlk avtomobil sıfır emissiyalı 4 qapılı Grand Tourer olacaq. Böyük dəbdəbəli SUV bir ildən sonra, orta lüks krossover isə gələn il satışa çıxarılacaq.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Volkswagen-in əsas səhmdarları şirkətdə təcili islahat tələb edir

Aynur Camal

Çində dünyanın ilk “Robot 6S” mərkəzi istifadəyə verildi

Aynur Camal

Anthropic: Claude süni intellekti təhlükəsizlik sınaqları zamanı üç şirkətin sisteminə icazəsiz daxil olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu