28.9 C
Baku
11 Avqust 2026, 17:26
Dünya

İspaniyanın baş naziri Pedro Sançes beynəlxalq ictimaiyyəti Fələstini tanımağa çağırıb

Bugun.tv xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançez ölkəsinin Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib və beynəlxalq ictimaiyyətin Fələstinin varlığını tanımadan ona kömək edə bilməyəcəyini bildirib.

İspaniya parlamentində müxalifətin hökumətə suallarının cavablandırıldığı iclasda çıxış edən Sançes Fələstini yaydan əvvəl tanıyacaqlarını təkrarlayıb və bunun zəruriliyini müdafiə edib.

Əsrin ən acınacaqlı humanitar fəlakətlərindən birinin Qəzzada baş verdiyini qeyd edən Sançez, “Tərəflərdən daimi atəşkəs, HƏMAS-ın terror hücumlarının pislənilməsi, girovların dərhal azad edilməsi və əsirlərin təhvil verilməsini tələb edirik”, – deyib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Aİ Rusiyanın beynəlxalq idmana qayıtmasının qarşısını almaq üçün hər şeyə hazırdır — SVR

Aynur Camal

Həkim: Quru meyvələrin faydası və zərəri nədən ibarətdir?

Aynur Camal

Rusiya: Kiyev və Zaporojyedə hərbi sənaye müəssisəsi və logistika mərkəzlərini vurduq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu