Baş xəbər

Fransada yağlı toxum emalı zavodunda partlayış oldu

Bugun.tv xəbər verir ki, Fransanın cənubunda yağlı toxum emalı müəssisəsində partlayış baş verib, bir nəfər ağır yaralanıb.

Hadisə yerli vaxtla saat 15:00 radələrində Fransanın Sete liman şəhərindəki “Saipol” şirkətinin yağlı toxum emalı müəssisəsində baş verib. Obyektdən güclü tüstü qalxıb və az sonra yanğın başlayıb.

Herault vilayət qubernatorluğundan verilən açıqlamada, 1 işçinin ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi, 200-ə yaxın insanın təxliyə edildiyi bildirilib.

Obyektdəki yanğın 1 saatlıq işdən sonra nəzarətə götürülüb.

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu