11 C
Baku
17 Mart 2026, 15:59
Baş xəbərKriminal

“Realmedia.az”ın baş redaktoru həbs edildi

“Realmedia.az” internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.

Bugun.tv “Qafqazinfo”ya istinadən bildirir ki, fakta görə Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsində cinayət işi qaldırılaraq həbs edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Qeyd edək ki, onlar ayrı-ayrı şəxslərə və şirkətlərlə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə ittiham edilirlər.

Mənbə: Qafqazinfo.az

Bugün TV

Oxşar xəbərlər

Ramazanın son günləri ilə bağlı çağırış edib

Aynur Camal

İran XİN rəhbəri ABŞ-la gizli təmas iddialarını təkzib etdi

Aynur Camal

Deputat Ceyhun Məmmədov Torpaq Çərşənbəsi münasibətilə vətəndaşları təbrik edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu