Image default
Baş xəbərİqtisadiyyat

Ölkənin ikinci böyük elektrik stansiyası təmir edilir – VİDEO

Enerji effektivliyinin artırılması, atmosferə atılan karbon emisyasının azaldılması, yeni yaradılan bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının balanslaşdırılması, ölkə enerjisisteminin etibarlılığının və dayanıqlılığının qorunaraq möhkəmləndirilməsi üçün ölkənin ikinci böyük elektrik stansiyası olan, Şüvəlan qəsəbəsində yerləşən 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında reqlament üzrə təmir-təftiş işləri aparılır.
Azərenerji ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması və istismar səviyyəsinin yüksəldilməsi üçün analoji proses 2021-ci ildə 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasında da həyata keçirilmişdi və hazırda 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında kompleks təmir işləri görülür. Qaz turbinində, generatorda, transformatorlarda, ötürmə xətlərində, idarəetmə və təsirlənmə sistemlərində aparılan təmir-təftiş işlərini “AzərEnerji”nin “Şimal” Elektrik Staniyasının və “Enerjiservis” MMC-nin mütəxəssisləri ilə yanaşı istehsalçı “Mitsubishi Power Europe, Ltd.” şirkətinin mütəxəssisləri həyata keçirir. Yeni texnologiyaların və əlavə rəqəmsal avadanlıqların tətbiqi nəticəsində stansiyanın səmərəliliyi daha da yüksələcək. Bununla da əvvəllər hər kilovat-saata görə təqribən 220-222 qram şərti yanacaq sərf edilirdisə, indi bu rəqəm hər kilovat-saata görə 215-216 qrama qədər düşəcək, üstəlik təbii qaza qənaət edilməklə yanaşı, karbon emisiyasın azalmasına səbəb olacaq.
Paralel olaraq, “Şimal-2” Elektrik Stansiyasının dənizə geri buraxılan soyutma suyunun üzərində yaradılan kiçik su elektrik stansiyasında da “AzərEnerji” tərəfindən qrafikə uyğun təmir işləri aparılır. Sonda onu da qeyd edək ki, ümumilikdə “Şimal” Elektrik Stansiyası ölkədəki istilik elektrik stansiyaları arasında ən yüksək faydalı iş əmsalına malik olan stansiyadır və bu stansiya 57% faydalı iş əmsalına görə Cənubi Qafqaz regionunda ilk yerdə qərarlaşıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İran ABŞ ilə yenidən danışıqlara başlamağa çalışır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Moskva yenidən ABŞ-dan vasitəçilik istəyir

Aynur Camal

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu