Image default
Dünya

7 avtomobil bir-birinə çırpıldı: Çoxlu ölü və yaralı var

Yaponiyada 4 yük maşını və 3 minik avtomobilinin qarışdığı zəncirvari qəzada 4 avtomobilin alovlara təslim olduğu və çoxlu sayda ölən və yaralananın olduğu bildirilib.

Yaponiyanın Saitama prefekturası fəlakətli zəncirvari qəzanın şahidi olub. Toda şəhərinin Şuto şossesi ilə hərəkət edən 4 yük maşını və 3 minik avtomobili yerli vaxtla saat 07.30 radələrində naməlum səbəbdən toqquşub.

Qəzadan sonra 3 minik avtomobili və 1 yük maşını alovlara təslim olub, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupu sövq edilib. Qısa müddətdə alovu söndürən qruplar yanan avtomobillərdə sıxışıb qalan 3 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə yaralandığını açıqlayıb.

Qəzanın digər avtomobilləri vuraraq törətdiyi ehtimal edilən yük maşını sürücüsü hadisə yerində saxlanılıb. Qəzaya görə müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanan magistral yolda uzun avtomobil növbələri yaranarkən, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

NYT: İran ABŞ-ın atəşkəs təklifini rədd etdi

Aynur Camal

BMT Baş katibi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır

Aynur Camal

Təlim zamanı döyüş təyyarəsi qəzaya uğradı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu