Dünya

Ölkədə diaqnozu qoyulmayan xəstəlik 13 nəfərin ölümünə səbəb oldu!

Nigeriyanın Zamfara əyalətində ‘diaqnoz qoyulmamış xəstəlik’ qorxusunu yayır; 13 nəfər ölüb və 505 hadisə qeydə alınıb.

Nigeriyanın Zamfara əyalətində ‘diaqnoz qoyulmamış xəstəlik’ 13 nəfərin ölümünə səbəb olub. İlk olaraq fevral ayında Zamfaranın Maradun bölgəsində ortaya çıxan xəstəlik daha sonra Şinkafi və Qusau kimi əyalətlərə yayılıb.

Bu 3 rayonda uşaq və qadınlar da daxil olmaqla 505 nəfərə “müəyyən edilməmiş xəstəlik” diaqnozu qoyulub, 13 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib.

Səlahiyyətlilər xəstəliyin səbəbini araşdırmaq üçün ekspert qrupunun göndərildiyini açıqlayıb və xəstəliyin yayılmasının qarşısını almaq üçün federal hökumətdən kömək istəyib.

Aprel ayında Nigeriyanın Kano və Sokoto əyalətlərində “diaqnoz qoyulmamış xəstəlik” səbəbindən təxminən 50 nəfər ölüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Aİ-də miqrantlarla bağlı ən sərt qaydalar gündəmdədir

Aynur Camal

UNESCO irsi olan kəndi qoyunlar “ələ keçirdi” – təcili çoban axtarılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu