Dünya

Yeni Delhi’de “yüksek sıcaklık” uyarısı

Hindistanın şimalında yüksək temperatur hökm sürməkdə davam edir. Havaların temperaturunun artması ilə əlaqədar paytaxt Yeni Dehli və ətraf ştatlarda xəbərdarlıq edilib. Hindistan Meteorologiya İdarəsinin (IMD) açıqlamasına görə, dünən paytaxt Yeni Dehlidə havanın temperaturu 47,1 dərəcəyə çatıb.

Ətrafdakı Pəncab, Haryana və Racastan ştatlarında istilərlə bağlı xəbərdarlıq edilib.

IMD rəsmisi Soma Sen Roy insanları istidən qorunmaq üçün günorta saatlarında çölə çıxmamağa, bol paltar geyinməyə və bol su içməyə çağırıb.

Mütəxəssislər aprelin 19-dan iyunun 1-dək keçirilən ümumi seçkilərdə mitinqlərə qatılan və ya növbə gözləyən seçicilərdən isti vurmağa qarşı tədbir görmələrini istəyib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

NATO Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün əlavə qüvvələr göndərəcək

Aynur Camal

Google Cloud-da nasazlıq Britaniya banklarının və onlayn xidmətlərin işini pozdu

Aynur Camal

Sibirdə qədim insanlarla eyni dövrdə yaşamış yeni heyvan növü aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu