Dünya

Partiya mitinqində dəhşətli anlar: 5 nəfər həyatını itirdi

Prezident seçkiləri öncəsi namizədlərdən biri olan Xorxe Alvares Maynezin mitinqində səhnədəki nəhəng metal ekranın insanların üzərinə düşməsi və səhnənin damının uçması nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 50 nəfər yaralanıb. Səlahiyyətlilər faciəli qəzanın baş verdiyini və yaralıların xəstəxanalarda müalicə olunduğunu bildiriblər.

Nuevo Leon əyalətində son mitinqini keçirən Vətəndaş Hərəkatının prezidentliyə namizədi Maynez komandası və tərəfdarlarını salamlayarkən səhnədəki nəhəng metal ekran iştirakçıların üzərinə düşüb.

Səhnənin damının uçması nəticəsində ilkin məlumata görə, 5 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb. Hadisədən sonra tədbir olaraq xəstəxanaya yerləşdirilən Maynez bununla bağlı verdiyi açıqlamada bildirib dedi.

Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü küləyə tab gətirə bilməyən nəhəng metal ekranın mitinqi izləyənlərin üzərinə düşdüyü görünür. Nəhəng metal ekranın yıxılmasından sonra səhnənin damının uçduğu və orada gözləyənlərin “böyük” çaxnaşma yaşadıqları kameraya düşüb.

Prezident Andres Manuel Lopez Obrador X hesabındakı paylaşımında qəzaya görə dərindən kədərləndiyini bildirib və mərhumların ailələrinə başsağlığı verib. Nuevo Leon qubernatoru Samuel Qarsiya da açıqlamasında faciəvi qəza baş verdiyini və yaralıların xəstəxanalarda müalicə olunduğunu bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

NATO Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün əlavə qüvvələr göndərəcək

Aynur Camal

Google Cloud-da nasazlıq Britaniya banklarının və onlayn xidmətlərin işini pozdu

Aynur Camal

Sibirdə qədim insanlarla eyni dövrdə yaşamış yeni heyvan növü aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu