9 C
Baku
20 Fevral 2026, 6:27
Dünya

Ukrayna və İspaniya təhlükəsizlik sazişi imzaladı

Prezident Vladimir Zelenski İspaniyaya səfəri zamanı Ukrayna ilə bu Pireney dövləti arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

İspaniya hökumətinin başçısı Pedro Sançes sazişi imzaladıqdan və Zelenski ilə görüşdükdən sonra qeyd edib ki, bu iki illik müharibədə Ukraynaya bir çox sahələrdə dəstək vermək İspaniyanın üzərinə düşüb. O bildirib ki, İspaniya Ukrayna ilə belə ikitərəfli saziş imzalayan onuncu dövlət olub.

Müqavilə digər məsələlərlə yanaşı, silah dəstəyi, yenidənqurma yardımı və minalardan təmizlənməsinə də diqqət yetirəcək.

“Ukrayna sülh uğrunda mübarizədə, bizi birləşdirən bütün dəyərlərin müdafiəsində İspaniyaya arxalana bilər” Sançes deyib.

Qeyd edilib ki, bu gün Prezident Vladimir Zelenski İspaniyaya ilk rəsmi səfərə gəldi.

On gün əvvəl Ukrayna prezidenti Rusiyanın Xarkov vilayətinə hücumu səbəbindən İspaniyaya səfərini təxirə salmışdı.

Mənbə: Pravda.Ua

Aynur Camal

Oxşar xəbərlər

Kremlin: İranla birgə dəniz təlimləri əvvəlcədən planlaşdırılıb

Aynur Camal

Polşa Baş naziri vətəndaşlarını təcili İranı tərk etməyə çağırıb

Aynur Camal

Hindistanda AI Expo 2026 sərgisi diplomatik tədbirlər səbəbilə bağlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu