12 C
Baku
12 Aprel 2026, 18:51
Dünya

Müsəlmanlara qarşı irqçi hücumlar artmaqdadır

Avstriyada müsəlmanlara qarşı irqçi hücumların artması davam edir. Avstriya Müsəlmanlar üçün Sənədləşmə və Məsləhət Mərkəzinin hazırladığı hesabatda, təxminən 700 min müsəlmanın yaşadığı ölkədə keçən il 1522 irqçi hücumun baş verdiyi bildirilib. Avstriya Müsəlmanlar üçün Sənədləşmə və Məsləhət Mərkəzinin hazırladığı “2023 Müsəlmanlara Qarşı İrqçilik Hesabatı” ictimaiyyətlə paylaşılıb.

Ötən il ölkədə müsəlmanlara qarşı 1522 irqçi hücum olub.

Bu, ölkədə müsəlmanları hədəf alan hücumların qeydə alınmağa başladığı 2015-ci ildən bəri ən yüksək rəqəmdir.

 Ən çox rəqəmsal platformalarda 66 faizlə görülüb

Hesabatda hücumların 46 faizinin fərdlər tərəfindən, 13 faizinin isə müxtəlif qurum və təşkilatlarda törədildiyi qeyd edilib. 7 faizi hüquq-mühafizə orqanları, 6 faizi isə müxtəlif qruplar tərəfindən təşkil edilib.

Müsəlmanlara qarşı irqçi və nifrət dolu hücumlar ən çox rəqəmsal platformalarda 66 faizlə görülüb.

Hesabatda müsəlmanların məruz qaldıqları hücum növləri də yer alıb.

Hücumların 19 faizi İslama və müsəlmanlara qarşı təhqir, 8 faizi nifrət nitqi, 7 faizi isə vandalizm olub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu