Dünya

Sursat anbarında yanğın: 9 ölü, 46 yaralı

Çadda hərbi sursat anbarında baş verən və partlayışlara səbəb olan yanğında 9 nəfər ölüb, 46 nəfər yaralanıb.

Çadın paytaxtı Encemine şəhərinin Qoudji bölgəsində beynəlxalq hava limanı yaxınlığındakı hərbi sursat anbarında yanğın baş verib.

Yanğın nəticəsində şiddətli partlayışlar olub.

Çad səhiyyə naziri Abdelmadjid Abderahim yanğında ən azı 9 nəfərin öldüyünü, 46 nəfərin yaralandığını açıqlayıb.

Yanğının səbəbi hələlik məlum deyil.

Mənbə: İLKHA

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

BMT xəbərdarlıq etdi: Heyvandarlıqda antibiotik istifadəsi 15 ildə üçdəbir arta bilər

Aynur Camal

Tramp: Müctəba Xamenei ilə görüşəcəyəm

Aynur Camal

Təyyarəni meşəyə gətirib evə çevirdi: 20 ildir Boeing 727-də yaşayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu