30 C
Baku
15 Sentyabr 2026, 16:04
Russia resupplies military bases in Syria for first time under new deal
Dünya

Rusiya Suriyadakı hərbi bazalarına yenidən təchizat göndərdi

Bugun.tv xəbər verir ki, Rusiya yeni razılaşmadan sonra ilk dəfə Suriyadakı hərbi obyektlərinə təchizat göndərib.

Al Jazeera yazır ki, Rusiya yük gəmisi Sparta Suriyanın Aralıq dənizi sahilində yerləşən Tartus limanına daxil olub. Bu, Moskvanın Dəməşqlə hərbi bazaların gələcəyi ilə bağlı yeni razılaşmasından sonra bölgəyə ilk təchizat səfəri kimi qiymətləndirilir.

Məlumata görə, Suriya və Rusiya TartusHmeymimdəki hərbi obyektlərin birgə təlim və hazırlıq mərkəzlərinə çevrilməsi barədə razılığa gəliblər. Razılaşma Rusiyanın Suriyadakı hərbi mövcudluğunun əvvəlki formatdan fərqli şəkildə davam etdirilməsini nəzərdə tutur.

Al Jazeera-nın məlumatına əsasən, bu addım Moskvanın Suriyada hərbi və strateji mövcudluğunu qorumaq niyyətini göstərən mühüm inkişaf kimi qiymətləndirilir. Tartus Rusiyanın Aralıq dənizində əsas dəniz dayaqlarından, Hmeymim isə bölgədəki mühüm hava bazalarından biri olub.

Mənbə: Aljazeera

Aynur Camal

Oxşar xəbərlər

NATO təyyarələri Litva hava məkanına daxil olan dronu vurdu

Aynur Camal

Himalay buzlaqları son 10 ildə 65 faiz daha sürətlə əriməyə başlayıb

Aynur Camal

Əcnəbiləri heyrətləndirən iki rus təamı açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu