Baş xəbər

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri məlum oldu 

Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri də mükafatlandırılıblar.

Belə ki, olimpiadanın final mərhələsində iştirak edən 36 nəfərdən 19-u qalib olub. Onlardan 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb.

Qaliblərə diplom və hədiyyələri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Türkiyənin İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma və digərləri təqdim ediblər.

Qeyd edək ki, IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.

Mənbə: Elm və təhsil nazirliyi

Bugün TV

Oxşar xəbərlər

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Aynur Camal

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan–Qırğızıstan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu