25 C
Baku
13 Sentyabr 2026, 11:03
Dünya

Çilidə 7.4 ilə sarsıdıldı! Zəlzələ hətta Peruda da hiss olunub

Cənubi Amerika ölkəsi Çilinin şimal hissəsində 7,4 bal gücündə zəlzələ baş verib. Perunun cənub bölgələrini də silkələyən zəlzələ böyük panikaya səbəb olub. Can və mal itkisi ilə bağlı hələ dəqiq məlumat yoxdur!

Cənubi Amerika ölkəsi Çilinin şimalında GMT vaxtı ilə 4.50-də 7,4 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) təxminən 117 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentrinin Antofaqasta bölgəsindəki San Pedro de Atakama olduğunu açıqlayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməsə də, indiyədək hər hansı can və ya mal itkisi qeydə alınmayıb. Perunun cənub bölgələri olan Tacna və Arekipada hiss edilən zəlzələnin ictimaiyyətdə böyük panikaya səbəb olduğu paylaşılıb.

Çili Milli Fəlakətin Qarşısının Alınması və Müdaxilə Xidmətinin (Senapred) verdiyi açıqlamada zəlzələnin mümkün zərərlərinin qiymətləndirildiyi bildirilib.

Zəlzələ ilə bağlı Hərbi Dəniz Qüvvələri Hidroqrafiya və Okeanoqrafiya Xidmətindən (SHOA) açıqlama da verilib. SHOA, zəlzələdən sonra Çili sahillərində və ya ondan kənarda sunami xəbərdarlığını tələb edən lazımi şərtlərin meydana gəlmədiyini bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu