Dünya

Panda diplomatiyası geri döndü: ABŞ və Çindən 21 ildə ilk

21 ildən sonra bir ilk əldə edildi. ABŞ və Çin yenidən panda diplomatiyasına qayıdırlar.

San Dieqo Zooparkının yeni üzvləri həyəcanla qarşılanır.

Çindən göndərilən iki nəhəng panda indi San Dieqo zooparkındadır. Yun Chuan və Xin Bao adlı pandalar ziyarətçilərin yeni sevimliləridir.

ABŞ və Çin arasında “Panda diplomatiyası” 21 ildən sonra yenidən başlayıb. İki ölkə arasındakı gərgin münasibətlərə görə Çin sonuncu dəfə 2003-cü ildə ABŞ-a panda göndərib. Əslində, Pekin administrasiyası ABŞ zooparklarına verilən pandaların demək olar ki, hamısını geri çağırıb.

İndi “Amerika və Çin xalqları arasında dostluq səfirləri” kimi təsvir edilən pandalar geri qayıdırlar. 1972-ci ildə Pekinin Vaşinqtondakı milli zooparka bir cüt panda hədiyyə etməsindən sonra pandalar iki ölkə arasında dostluğun simvoluna çevrildi.

Çin “panda diplomatiyası” adlı proqram çərçivəsində pandaları 20-dən çox ölkəyə icarəyə verir. Pandalar uzun illərdir ki, digər ölkələrlə dostluğun möhkəmləndirilməsində, gərginlik yaşayan ölkələrlə buzların qırılmasında və ölkənin imicinin möhkəmlənməsində böyük rol oynayırlar.

Mənbə:  Haber Global

Aynur Camal

Oxşar xəbərlər

15 ildən sonra ilk Həcc reysi həyata keçirildi

Aynur Camal

Tramp: Yeganə planımız İranın nüvə silahına sahib olmamasıdır

Aynur Camal

İtaliya Qəzzadan 72 fələstinli tələbənin təxliyəsini həyata keçirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu