31 C
Baku
24 Sentyabr 2026, 17:55
Qazaxıstan, Xəzər dənizi, hərbi təlim, hərbçilər, Manqistau, axtarış-xilasetmə, Müdafiə Nazirliyi, faciə
Dünya

Hərbi təlim zamanı 9 hərbçi Xəzər dənizində həlak oldu

Bugun.tv xəbər verir ki, Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı 19 hərbçini dalğalar dənizə aparıb. Nəticədə 9 hərbçinin öldüyü təsdiqlənib.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə sentyabrın 24-də ölkənin Hərbi-Dəniz Qüvvələrinin Xəzər sahilində keçirdiyi təlimlər zamanı baş verib. Hərbçilərin döyüş hazırlığı tapşırığını yerinə yetirdiyi vaxt hava şəraiti qəfil pisləşib və güclü külək başlayıb.

Nazirliyin ilkin məlumatına əsasən, dənizə düşən 19 hərbçidən üçü xilas edilib. Onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışı davam etdirilir.

Hadisə yerinə Hərbi-Dəniz Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, aviasiya və digər xidmətlərin qüvvələri cəlb olunub. Hadisənin səbəblərini araşdırmaq və axtarış-xilasetmə işlərini əlaqələndirmək üçün müdafiə naziri Dauren Kosanovun rəhbərliyi ilə xüsusi komissiya da bölgəyə göndərilib.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Ən azı 9 universitet bomba hədəsinə görə boşaldıldı

Aynur Camal

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda 11-ci Ayurveda Gününü qeyd etmək məqsədilə festival təşkil etdi

Aynur Camal

Türkiyə Bəşiqə hərbi bazasını mərhələli şəkildə İraqa təhvil verəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu