Baş xəbər

18 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, E.Hüseynovdan tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 17 kiloqram marixuana və 1 kiloqram heroin aşkarlanıb.

Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan Razi adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, sonra bir ay ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 33 nəfər saxlanılıb.

Araşdırmalar aparılır.

Bugün TV

Oxşar xəbərlər

“Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçiriləcək

Aynur Camal

İki xalqın qəhrəmanlıq simvolu – Albert Aqarunovun əbədiyaşar salnaməsi – FOTOLAR

Aynur Camal

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu