Baş xəbərDünya

İsrail: ABŞ 50 min tondan çox hərbi texnika verdi

ABŞ-ın dəstəyi ilə İsrail Qəzzaya hücumlar üçün zirehli texnika, sursat, fərdi qoruyucu vasitələr və tibbi ləvazimat da daxil olmaqla 50 min tondan çox hərbi texnika alıb.

2023-cü il oktyabrın 7-də Qəzzada sözün əsl mənasında soyqırım törədən İsrailin ən böyük dəstəkçisi olan ABŞ-ın HƏMAS-ın basqını bəhanə edib yardımları davam edir.

Tonlarla hərbi yardımın təfərrüatlarını İsrail rəsmiləri özləri açıqlayıb.

500 HAVA, 107 DƏNİZ YOLU ilə

İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, ABŞ və İsrail arasında əməkdaşlıq çərçivəsində indiyədək İsrailə gələn hərbi texnika 500 hərbi təyyarə və 107 dəniz daşımaları vasitəsilə həyata keçirilib.

Bu hərbi təyyarələr və dəniz daşımaları ilə indiyədək İsrailə 50 min tondan çox hərbi texnika çatdırılıb.

Göndərilən hərbi dəstəyə zirehli texnika, hərbi sursat və döyüş sursatları, həmçinin fərdi mühafizə vasitələri və tibbi avadanlıqlar daxil olub.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da 15 yaşlı məktəbli qubernatorluğa namizəd olub

Aynur Camal

Novosibirsk alimləri Marsdakı gələcək baza üçün robotları sınaqdan keçirir

Aynur Camal

Rusiya: Ukraynanın hücumlarına cavab olaraq Britaniyanın hərbi obyektləri hədəf alına bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu