Bugun.tv xəbər verir ki, ABŞ-ın Vermont ştatında yaşayan 15 yaşlı məktəbli Din Roy qubernatorluğa namizədliyini irəli sürüb və noyabr seçkilərində bülletenə düşən 18 yaşdan kiçik ilk namizəd olub. Məlumatı Mail News “The New York Times”a istinadən yayıb.
Stou şəhərində yaşayan Royun siyasətə marağı Vermont qanunverici orqanında köməkçi kimi çalışdığı dövrdə yaranıb. Daha sonra o, seçkilərdə iştirak etmək üçün “Azadlıq və Birlik” adlı öz siyasi partiyasını yaradıb. Ştat qanunvericiliyində qubernator namizədi üçün minimum yaş həddi müəyyən edilməyib. Namizədin əsas tələblərdən biri Vermontda ən azı dörd il yaşamasıdır.
Gənc namizəd seçkilərdə qalib gələcəyinə çox da ümid etmədiyini deyir. Onun əsas məqsədi gənclərin siyasətə marağını artırmaq və onların da ictimai qərarlarda söz sahibi ola biləcəyini göstərməkdir. Royun diqqət yetirdiyi əsas məsələlərdən biri isə ştatda əlçatan mənzil çatışmazlığıdır.
Seçiləcəyi halda Roy məsafədən təhsil alaraq məktəbi davam etdirməyi, tapşırıqlarını isə axşamlar yerinə yetirməyi planlaşdırır. Vermontda qubernator seçkiləri 3 noyabr 2026-cı ildə keçiriləcək.
Mənbə: mail.ru
