Dünya

Hava limanının uçuş zolağı partladıldı! metr uzunluğunda krater əmələ gəlib

Yaponiyanın Miyazaki hava limanının uçuş-enmə zolağında naməlum səbəbdən partlayış baş verib. Uçuş-enmə zolağında diametri 7 metr, dərinliyi 1 metr olan çuxur yarandığı halda, bütün uçuşlar dayandırılıb. Yaponiyanın Miyazaki əyalətində yerləşən Miyazaki hava limanı qorxulu hadisənin şahidi olub. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, yerli vaxtla saat 08:00 radələrində uçuş-enmə zolağı ilə apron arasındakı taksi yolu hissəsində partlayışın baş verdiyi bildirilib. Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürmə briqadası göndərilərkən, diametri 7 metr, dərinliyi 1 metr olan çuxurun əmələ gəldiyi müəyyən edilib.

Hadisə zamanı ölən və yaralanan olmasa da, ehtiyat tədbiri olaraq bütün uçuşlar dayandırılıb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Eniş-enmə zolağında İkinci Dünya Müharibəsi dövrünə aid partlamamış hərbi sursatların olması ehtimalı ilə Saqa əyalətində yerləşən Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) bomba zərərsizləşdirilməsi qrupunun Miyazaki hava limanına göndərildiyi açıqlanıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu