Baş xəbərDünya

İranın İsrailə hücumlarının balansı gün açılan kimi ortaya çıxdı!

Dünən gecə İranın İsrailə raket hücumundan sonra İsraildəki dağıntılar və itkilər gün keçdikcə aydın oldu. Çoxlu evlərə ziyan dəyib.

İranın dünən gecə İsrailə raket hücumu nəticəsində İsrailin paytaxtı Təl-Əvivə yaxın Hod Haşaron şəhərində 100-ə yaxın evə ziyan dəyib. İsrail Dövlət Televiziyası KAN-ın xəbərində İranın hücumları nəticəsində Hod Haşaronda 100 evin zərər gördüyü, xəsarət alan və can itkisinin olmadığı bildirilib. İsrail Dövlət Televiziyası KAN da bəzi evlərdə ciddi dağıntıların olduğunu və onların təmirinin uzun sürəcəyini qeyd edib.

İran İnqilab Keşikçiləri Korpusu İsrailə onlarla ballistik raketlə hücum etdiyini açıqlayıb. Raketlərin buraxılmasından sonra bütün ölkədə, xüsusən də Təl-Əvivdə sirenlər çalıb. İsrailin baş naziri Benyamin Netanyahu video bəyanatında İranın raket hücumunun “böyük səhv olduğunu və bunun bədəlini ödəyəcəyini” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu