Baş xəbərDünya

Mahmud Abbas: İsrail Qəzzada infrastrukturun 90 faizindən çoxunu məhv edib

Fələstin prezidenti Mahmud Abbas bildirib ki, İsrail ordusu “amansız soyqırım müharibəsində Qəzza zolağında idman obyektləri də daxil olmaqla infrastrukturun 90 faizindən çoxunu məhv edib”.

Fələstin prezidenti Mahmud Abbas Qətərin paytaxtı Dohada “İdman diplomatiyası” adı altında keçirilən Asiya Əməkdaşlıq Dialoqu (AİD) Sammitində çıxışında Fələstindəki vəziyyətdən danışıb.

“İŞĞALA TAM SON VERMƏYƏ MƏQSƏDLİYİK”

Fələstin Prezidenti, “Fələstin Dövləti işğaldan və məskunlaşmadan xilas olmağı, İsrailin Qəzza zolağı, İordan çayının qərb sahili və Qüdsdəki hücumlarını dayandırmağı və bununla da Fələstin ərazisindəki işğala tamamilə son verməyi hədəfləyir” deyib.

Fələstinli idmançıların İsrailin bütün çətinliklərinə baxmayaraq yoluna davam etdiyinə diqqət çəkən Abbas, fələstinli idmançıların əzmlə qürurverici uğurlara imza atdıqlarını bildirib.

Abbas Fələstinin beynəlxalq idman fəaliyyətlərində iştirak edərək idman diplomatiyası həyata keçirdiyini, Fələstinli idmançıların da Fələstin davasını dəstəklədiyini bildirib.

AİD sammitinin İsrailin hücumları səbəbiylə Yaxın Şərqin böyük təhlükə ilə üzləşdiyi bir vaxtda keçirildiyinə diqqət çəkən Abbas, gənc, qoca, qadın, uşaq, idmançı fərqi olmadan Fələstin və Livan xalqının İsrailin vəhşi hücumlarına məruz qaldığını xatırladıb.

“İsrailin hücumları Qəzza zolağında idman obyektləri də daxil olmaqla infrastrukturun 90 faizindən çoxunu məhv edib”, – Abbas deyib.

Beynəlxalq ictimaiyyətə müraciət edən Fələstin prezidenti İsrailin Livan və Fələstinə sistematik hücumlarını dayandırmaq üçün “təcili müdaxiləyə” çağırıb.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Arsenal 22 ildən sonra İngiltərə Premyer Liqasının qalibi oldu – Londonda möhtəşəm bayram

Aynur Camal

Ukrayna Moskvaya son ilin ən böyük dron hücumunu həyata keçirdi

Aynur Camal

İlk inklüziv “Velomobil” beynəlxalq forumda böyük maraq doğurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu