Image default
DünyaSiyasət

Əraqçi: Türkiyə İranın parçalanmasının qarşısının alınmasında mühüm rol oynadı

Bugun.tv xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İrana hücumları zamanı Türkiyənin ölkəsinin ərazi bütövlüyünün qorunmasına yönəlmiş prosesdə mühüm rol oynadığını bildirib.

Əraqçinin sözlərinə görə, münaqişənin dördüncü günündə ABŞ Prezidenti Donald Trampın İraq Kürdüstan Regional Rəhbərliyinin liderləri ilə əlaqə saxladığı vaxt o da Məsud Bərzani və Bəfəl Tələbani ilə telefon danışığı aparıb. İranın xarici işlər naziri bildirib ki, söhbət zamanı Kürdüstan bölgəsindən ölkəsinə qarşı hər hansı təhdid yaranacağı təqdirdə cavab veriləcəyini çatdırıb.

Əraqçi həmin gün Türkiyənin xarici işlər naziri Hakan Fidanla da danışdığını qeyd edərək, Ankaranın prosesdə fəal rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Türkiyə həm ABŞ rəsmiləri ilə təmaslar aparıb, həm də İranın ərazi bütövlüyünün qorunması məsələsində qəti mövqe nümayiş etdirib.

İranlı nazir iddia edib ki, xarici qüvvələrin ölkədə daxili qarışıqlıq yaratmaq və İranı parçalamaq planları həyata keçməyib. O, həmçinin sürgündə yaşayan keçmiş şahın oğlu Rza Pəhləvinin İsrailə səfəri ilə bağlı da açıqlamalar verərək, İranın bölünməsinə yönəlmiş cəhdlərin uğursuz olduğunu bildirib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Niyə bəzi insanlar solaxay doğulur? – Alimlər səbəbləri açıqlayır

Aynur Camal

700 illik kilsədə qızıl sikkələr tapıldı: Anonim məktub hər kəsi kövrəltdi

Aynur Camal

Bəhreyndə yenidən hava həyəcanı elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu