Baş xəbərDünya

İşğal rejiminin Suriyaya hava hücumu

Sionist rejim Livan-Suriya sərhədində yerləşən Əl-Məsnə Sərhəd Qapısına hava hücumu həyata keçirib.

Bildirilib ki, sionist işğalçı rejim ötən gecə Suriyanın bəzi məntəqələrinə hava zərbələri endirib.

Döyüş təyyarələri hava hücumunda Livan və Suriya arasındakı Əl-Məsna Sərhəd Qapısını hədəf alıb.

Hücum Livanın paytaxtı Beyrut ilə Suriyanın paytaxtı Dəməşq arasındakı yolun bağlanmasına səbəb olub.

Hücum nəticəsində ölən və ya yaralanan olub-olmadığı barədə məlumat verilməyib.

Sionist işğalçı rejim 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada hərbi məntəqələrə hücumlar təşkil edir.

İşğalçıların hücumları bölgədə gərginliyi artırarkən yerli əhalinin təhlükəsizliyini təhdid etməkdə davam edir.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu