25 C
Baku
27 Sentyabr 2026, 11:00
Baş xəbər

27 Sentyabr – Anım Günü qeyd olunur

Bugun.tv xəbər verir ki, bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur.

Anım Günü 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq təsis edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il sentyabrın 27-si Anım Günü kimi müəyyənləşdirilib.

Bu il Vətən müharibəsinin başlanmasından altı il ötür. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatla dayandırılıb.

Anım Günündə Azərbaycanın müxtəlif bölgələrində, dövlət qurumlarında və xaricdəki diplomatik nümayəndəliklərdə şəhidlərin xatirəsinə həsr olunan tədbirlər keçirilir. Şəhidlərin xatirəsi ehtiramla yad edilir.

27 Sentyabr həmçinin Azərbaycanda şəhidlərin xatirəsinin yad edildiyi, onların ölkənin müasir tarixindəki rolunun xatırlandığı xüsusi gün kimi qeyd olunur.

Aynur Camal

Oxşar xəbərlər

Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı

Aynur Camal

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu